AZ

İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

Hadisə Bağcılar rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.

Seçilən
109
9
korrespondent.az

10Mənbələr