ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, erməni əsilli Maykl Kavukyanı Norveçə səfir təyin edib.
Gundem.az Teleqraf xəbər-a istinadla verir ki, Amerika lideri bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Birləşmiş Ştatların Norveç Krallığındakı növbəti səfiri Maykl E. Kavukyan işıqlı vəkildir”, - Tramp bildirib.
Qeyd edək ki, Kavukyan əvvəllər MKİ-nin əməkdaşı olub, Stenford Universiteti və Harvard Hüquq Məktəbinin məzunudur.