AZ

Tramp administrasiyası USAID işçilərini 16 dəfə ixtisar edəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ştatında 611 əməkdaşı saxlayacaq.   Manset.az xəbər verir ki, bu barədə agentliyin əməkdaşlarına göndərilən bildirişə istinadən Reuters agentliyi məlumat yayıb. USAID-in 10 mindən çox işçisi var. Beləliklə, onun azalmasının 16 dəfədən çox olacağı gözlənilir. Bundan əvvəl Reuters xəbər vermişdi ki, Ağ Ev bütün dünyada USAİD əməkdaşlarının 97%-ni işdən çıxaracaq və yalnız 294 mütəxəssis qalacaq. Kütləvi ixtisarlar agentliyin Vaşinqtondakı mənzil-qərargahının bağlandığı vaxta təsadüf edir. Trampın rəhbərliyi altında yaradılan ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik edən milyarder İlon Mask qeyd edib ki, qurum xərcləri azaltmaq üçün bağlanma prosesindədir. Daha sonra “Financial Times” qəzeti USAİD əməkdaşına istinadən yazıb ki, Trampın agentliyi bağlamaq qərarının fəlakətli nəticələri olacaq. Öz növbəsində ABŞ-ın yüksək rütbəli rəsmisi FT-yə deyib ki, o, Tramp administrasiyasının USAİD-ə qarşı hərəkətlərini “çarpıcı və məsuliyyətsiz” hesab edir.

İlon Mask fevralın 2-də USAİD-i mövcudluğuna son qoyulmalı olduğuna inandığı “cinayətkar təşkilat” kimi təsvir etdi. Həmin gün Mask Trampın USAID-in bağlanması ideyasını dəstəklədiyini açıqladı. Üstəlik, sahibkar aydınlaşdırdı ki, onlar artıq agentliyin fəaliyyətini dayandırmaq üçün fəal işləyirlər.

Seçilən
56
2
manset.az

3Mənbələr