AZ

İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri saat neçədə yola çıxır? VİDEO

Mingəçevir - Xocalı - Xankəndi - Şuşa müntəzəm avtobus reysi istifadəyə verilir.

Xezerxeber.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sabahdan Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi açılacaq. Məqsəd "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Tural Orucov deyir ki, səfər etmək istəyənlər biletləri yalnız onlayn formada əldə edə bilərlər. Bunun üçün sərnişinlər ''biletim.az'' saytına daxil olmaqla bilet ala biləcəklər.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad edilmiş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr