AZ

Donald Tramp bəzi ölkələrdən gələn mallara rüsum tətbiq etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp gələn həftə bir sıra ölkələrdənidxal edilən mallara rüsumlar tətbiq edəcəyini gözləyir.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Tramp Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşübaşlamazdan əvvəl jurnalistlərə tariflər tətbiq etmək niyyətindəolduğunu açıqlayıb.

Agentliyin məlumatına görə, Amerika lideri bir çox ölkələrəqarşı “qarşılıqlı rüsumlar” tətbiq etmək fikrindədir. Bununla belə,Reuters Trampın konkret olaraq hansı məhsulları və ölkələri nəzərdətutduğuna aydınlıq gətirməyib.

Bundan əlavə, ABŞ prezidenti avtomobil idxalına gömrükrüsumlarının tətbiq edilməsinin mümkünlüyünü də vurğulayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr