Ruanda hakimiyyəti Konqo Demokratik Respublikasının onlara qarşı kütləvi hücuma hazırlaşdığını və hərbi resursları sərhəddəki Qoma şəhəri ərazisində cəmləşdirdiyinə dair sübutlara malikdir.
Viral.az xəbər verir ki, bu barədə Ruandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Ceyms Nqanqo bildirib.
“Aydındır ki, bu şəraitdə Ruanda birbaşa təhlükə altında idi. Qomanın süqutu ilə Ruandaya genişmiqyaslı hücumun qaçılmaz olduğuna dair yeni dəlillər ortaya çıxdı”, – Nqanqo BMT-nin İnsan Haqları Şurasının fövqəladə iclasında deyib.
Son Yazılar:
- Konqo DR Ruandaya hücum etməyə hazırlaşır
- Tramp Zelenski ilə nə vaxt görüşəcəyini AÇIQLADI
- İsrail fevralın 8-də azad ediləcək girovların siyahısını ALDI
O qeyd edib ki, Konqo DR hökuməti və onun müttəfiq qüvvələri Qoma hava limanında və onun ətraflarında silah-sursat yığır.
“Biz Konqonun Ruandanı ölkələrinin şərqindəki qeyri-sabitliyə görə məsuliyyət daşıdığını göstərmək cəhdlərini qəti şəkildə rədd edirik”, – Nqanqo söyləyib.
Qeyd edək ki, Konqo DR rəsmiləri Ruandanın nəzarət etdiyi qruplardan Konqonun mineral sərvətlərini ələ keçirmək və onları istismar etmək üçün istifadə etdiyini iddia edir.