Paris prokurorluğu “X” sosial şəbəkəsinin alqoritmlərinin təhrif edildiyi iddiası ilə bağlı araşdırmalara başlayıb.
Ölkə.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Prokurorluğun bəyanatında deyilir ki, alqoritmlər, güman ki, avtomatlaşdırılmış məlumatların emalı sisteminin işini təhrif edib və hakimlər və kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları sistemi təhlil edir və ilkin texniki yoxlama aparır.
Radiostansiyanın məlumatına görə, araşdırma fransalı deputat Erik Botorelin yanvarın 12-də sosial şəbəkənin işində “qeyri-obyektiv alqoritmlər” olması haqqında məlumat verməsindən sonra başlayıb.