AZ

ADY: Sərnişin və yük qatarlarının sürət həddi endirildi

ADY:
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. 1news.az xəbər verir ki, bu barədə ADY-nin məlumatında bildirilir.
Qeyd olunub ki, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər. “Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik” - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.

Seçilən
21
49
1news.az

10Mənbələr