Bakı.Trend:
HƏMAS İsraillə Dohada bağlanmış atəşkəs sazişinə əsasən bu gündaha üç israilli əsiri azad edəcək.
Trend BBC-yəistinadən xəbər verir ki, sərbəst buraxılacaq əsirlərin üçü dəmülki vətəndaşlardır və hər üçü kişidir (Eli Şarabi, Ohad Ben Amivə Or Levi).
Yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minəndən bəriHƏMAS hərəkatı 18 əsiri azad edib, bunun əvəzində Təl-Əviv özhəbsxanalarından 383 fələstinli məhbusu azad edib.
HƏMAS bu gün daha 183 məhbusun sərbəst buraxılaraq Qəzzayaqaytarılacağını bildirib.