Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.
“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib.
Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.
“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.
Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.