Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, kişilərin yarışında ¼ finalın ilk partiyalarında yalnız Şəhriyar Məmmədyarov qələbə qazanıb. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova ilk görüşü aktivinə yazdırıb.
Azərbaycan çempionatı
1/4 final mərhələsi
İlk oyunlar
Kişilər
Məhəmməd Muradlı - Şəhriyar Məmmədyarov 0:1
Aydın Süleymanlı - Misrətdin İskəndərov 0,5:0,5
Əhməd Əhmədzadə - Rauf Məmmədov 0,5:0,5
Teymur Rəcəbov - Vüqar Əsədli 0,5:0,5
Qadınlar
Səbinə İbrahimova - Günay Məmmədzadə 0,5:0,5
Xanım Balacayeva - Gülnar Məmmədova 0,5:0,5
Zeynəb Məmmədyarova - Ülviyyə Fətəliyeva 0:1
Gövhər Beydullayeva - Türkan Məmmədyarova 0:1
Azərbaycan çempionatı fevralın 15-də yekunlaşacaq.