AZ

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb

İstanbulda son bir ayda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayının 17-nə qədər İstanbulda 92 nəfər spirtli içki zəhərlənməsi ilə şəhər xəstəxanalarına müraciət edib.

Son üç həftədə isə xəstəxanaya müraciət edənlərin sayı artaraq 150-yə çatıb. Hazırda 20-dən çox xəstənin reanimasiyada müalicə aldığı qeyd edilib.

Ankarada da eyni dönəmdə spirtli içkidən ölənlərin sayında artım qeydə alınıb. Belə ki, paytaxtda 33 nəfər saxta spirtli içki səbəbindən həyatını itirib, 20 nəfərin isə reanimasiya şöbəsində müalicələri davam etdirilir.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr