AZ

HAMAS və İsrail arasında növbəti girov-məhbus mübadiləsi keçiriləcək


Bu gün HAMAS ilə İsrail atəşkəs razılaşması çərçivəsində növbəti girov və məhbus mübadiləsi keçirəcək.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, HAMAS 3 girovu - Or Levi, Eli Şərabi və Ohad Ben Amini İsrailə təhvil verəcək.

Mübadilə Qəzzanın mərkəzindəki Səlahəddin yolunda baş tutacaq.

Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.

Bu, yanvarın 19-da İsrail-HAMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.

Seçilən
82
4
apa.az

10Mənbələr