Xəbər verdiyimiz kimi, ölkə ərazisində əsən güclü külək artıq bir sıra fəsadlar törədib.
Redaktor.az xəbər verir ki, külək bu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-1 ünvanında avtobus dayanacağını yerindən qopararaq uçurub. Dayanacağın dəmir konstruksiyaları tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, bununla bağlı fotoları jurnalist Asif Mərzili sosial şəbəkə hesabında paylaşıb.
Vasif