AZ

Məntiq elmini iflas etdirən Rusiya

Əslində, bu Rusiya heç imperiya da deyil. Nədirsə, başqa şeydir. Yəqin ki, ayrıca tarixi ad, siyasi termin düşünüb tapmaq lazımdır bu cür davranışlara malik dövlətə, quruluşa.

Hətta Nasist Almaniyasının belə etdiyi hərəkətlərin, törətdiyi əməllərin xoşagəlməyən olsa da, bir məntiqi vardı.  

Amma Rusiyanın yox. Əməllərində məntiq axtarırsan, dünyanın ən qədim, faydalı elmlərindən biri – Məntiq iki əlini qaldırıb, deyir, bu məsələdə mən yetərsizəm. Rusiyanın davranışlarına olsa-olsa, bəlkə tibdə nəsə bir cavab tapa biləsiniz.

Gör nə qədər mahiyyətsiz dövlət, mənasız idarəçi olmalısan ki, sərnişin təyyarəsini vurasan, sonra bədəlini dövlət kimi, adam kimi, qayda-qanunla, beynəlxalq normalarla ödəyib də işinə davam etmək əvəzinə söhbəti mətləbdən savayı hər tərəfə çəkəsən.

Dünyada ilk dəfə deyil belə hadisə baş verir. Yoluna qoymağın da, vəziyyətdən çıxmağın da kifayət qədər oturuşmuş təcrübəsi var.

Loru dildə desək, əgər qəza baş verirsə, bütün tərəflər – törədən də, zərərçəkən də, bir sözlə hamı anlayışla yanaşır, bədəli nədirsə, ödənir, həyat davam edir.

Amma əgər qəzadırsa. Yox, əgər söhbət törədən tərəfdən uzadılırsa, açıq etirafdan savayı hər yola gedilirsə, bu artıq başqa məsələdir və həlli də qəza yanaşması ilə olmamalıdır.

Bəlkə də bunlar elə həmin gün doğrudan da təyyarə vurmaq niyyətində olublar. Əvvəlcədən plana uyğun hazırladıqları cavab da varmış. Sadəcə indiki situasiya ilə qarşılaşacaqlarını bilmirlərmiş deyə bu qədər girinc olublar. Necə ki, 2022-də “Kiyevi 2 saata çökdürəcəyik” deyib hələ də məsələni bir tərəfə çıxarda bilmirlər...

Seçilən
42
vaxt.az

1Mənbələr