Dünənki ticarət sessiyasında ABŞ-ın aparıcı şirkətlərinin səhmlərində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunub. Ümumi mənzərə daha çox texnologiya nəhənglərinin səhmlərində ucuzlaşma qeydə alındığını göstərir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (3-7 fevral, 2025)
FED.az xəbər verir ki, xüsusilə Amazon.com şirkətinin səhmləri 4,05% dəyər itirərək siyahıda ən çox ucuzlaşan şirkət olub. Bundan başqa Alphabet (Google)şirkətinin səhmləri 3,19%, Tesla səhmləri isə 3,39% ucuzlaşıb.
Siyahıda Meta Platforms və NVIDIA kimi şirkətlərin səhmləri isə müsbət dinamika nümayiş etdirib. Meta Platforms səhmləri 0,36%, NVIDIA isə 0,90% bahalaşıb. Həmçinin Visa səhmlərində 0,16% dəyərində kiçik bir artım qeydə alınıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra | Şirkət Adı | Səhmin Bağlanış Qiyməti ($) | Gündəlik dəyişiklik (%) |
1 | Apple | 227,63 | -2,40 |
2 | Amazon.com | 229,15 | -4,05 |
3 | Meta Platforms | 714,52 | +0,36 |
4 | Berkshire Hathaway | 472,74 | -0,94 |
5 | Visa | 348,02 | +0,16 |
6 | Johnson & Johnson | 153,12 | -0,25 |
7 | Microsoft | 409,75 | -1,46 |
8 | Alphabet (Google) | 187,14 | -3,19 |
9 | Tesla | 361,62 | -3,39 |
10 | NVIDIA | 129,84 | +0,90 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür