RU

Amazon səhmləri kəskin ucuzlaşdı - NƏHƏNGİN SƏHMLƏRİ ENİŞDƏ!

Dünənki ticarət sessiyasında ABŞ-ın aparıcı şirkətlərinin səhmlərində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunub. Ümumi mənzərə daha çox texnologiya nəhənglərinin səhmlərində ucuzlaşma qeydə alındığını göstərir.

Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (3-7 fevral, 2025)

FED.az xəbər verir ki, xüsusilə Amazon.com şirkətinin səhmləri 4,05% dəyər itirərək siyahıda ən çox ucuzlaşan şirkət olub. Bundan başqa Alphabet (Google)şirkətinin səhmləri 3,19%, Tesla səhmləri isə 3,39% ucuzlaşıb.

Siyahıda Meta PlatformsNVIDIA kimi şirkətlərin səhmləri isə müsbət dinamika nümayiş etdirib. Meta Platforms səhmləri 0,36%, NVIDIA isə 0,90% bahalaşıb. Həmçinin Visa səhmlərində 0,16% dəyərində kiçik bir artım qeydə alınıb.

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

227,63

-2,40

2

Amazon.com

229,15

-4,05

3

Meta Platforms

714,52

+0,36

4

Berkshire Hathaway

472,74

-0,94

5

Visa

348,02

+0,16

6

Johnson & Johnson

153,12

-0,25

7

Microsoft

409,75

-1,46

8

Alphabet (Google)

187,14

-3,19

9

Tesla

361,62

-3,39

10

NVIDIA

129,84

+0,90

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür

 

Избранный
14
fed.az

1Источники