"Real" və futbolçusu Vinisius arasında danışıqların detalları bəlli olub. 

Offsideplus.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə üçün görüşlər keçirilir. Klub sözləşmənin uzadılmasını tərəfdarıdır. Braziliyalı hücumçu "The Best" mükafatını qazandıqdan sonra yeni məvacibinin 15 milyon avroya qaldırılması təklif edilib. Bu isə Kilian Mbappenin məvacibinə yaxın bir məbləğdir. İllik məvacibin artımı təklif edilsə də, futbolçu tərəfi razı olmayıb. 

Danışıqlar davam edir.