AZ

“Turan” Agentliyi “Prezident təyyarəsi xəbəri”nə görə üzr İSTƏDİ

Fevralın 5-də “Turan” İnformasiya Agentliyi ” Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc edib. Məqalədə iddia olunur ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, guya 25 dekabrda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.

Viral.azın məlumatına görə, “Turan” İnformasiya Agentliyi bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.

“Məqalə təsdiqlənmiş faktlara və ya hər hansı rəsmi araşdırmanın nəticələrinə əsaslanmır, əksinə, 25 dekabr 2025-ci ildə Qroznı üzərində AZAL təyyarəsi ilə bağlı hadisələrdən təsirlənən müəlliflərin subyektiv yozumudur” – “Turan”ın təkzibində bildirilib.

Son Yazılar:

Agentlik oxucularından bu səhvə görə üzr istəyib.

Seçilən
84
16
viral.az

10Mənbələr