AZ

Bu gün İsrail Həmasla əsir mübadiləsi edəcək - 183 fələstinli buraxılacaq

Bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsinin beşinci raundu baş tutacaq.

3 israilli kişi məhbusun müqabilində 183 fələstinli azad ediləcək.

Modern.az xarici KİV-ə istinadən xəbəır verir ki, HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının beşinci raundunda azad edəcəyi israillilərin adlarını açıqlayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada, razılaşma çərçivəsində 3 israilli məhbusun bu gün azad ediləcəyi bildirilib.

Açıqlamada azadlığa buraxılacaq məhbusların Eli Sharabi, Or Levy və Ohad Ben Ami olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, məhbusların siyahısı vasitəçilərə çatdırılıb.

Qəzzadakı 3 israillinin Qırmızı Xaç qruplarına təhvil verilməsindən sonra İsrail həbsxanalarında olan 183 fələstinlinin azadlığa çıxacağı gözlənilir.

Seçilən
74
50
modern.az

10Mənbələr