AZ

Bakıda kirayədə qaldıqları evi soyan ana-bala TUTULDU

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, saxlanılan şəxslər ana və oğul olublar.

Milli.Az

Seçilən
12
5
milli.az

10Mənbələr