AZ

Ançelotti Modriçə daha çox oyun vaxtı vermək istəyir, lakin...

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Luka Modriçə daha çox oyun vaxtı vermək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Relevo" xəbər verir.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis 39 yaşlı yarımmüdafiəçinin daha müntəzəm oyun praktikası əldə etmək istədiyini bilir. Öz növbəsində, Ançelotti Modriçin daha əvvəl itirdiyi komandada lider mövqeləri tutmağa başlamasını istəyir.

Bununla belə, "Kral Klubu"nun prezidenti Florentino Peres və bir sıra digər rəhbərlik nümayəndələri xorvatiyalı futbolçunun önəmini qeyd etməklə yanaşı, onun artıq mühüm matçlarda əsas fiqur ola bilməyəcəyinə inanırlar.

Seçilən
37
6
90deqiqe.az

7Mənbələr