AZ

Fələstinli məhbuslar əsir mübadiləsinin beşinci turunda azad edilib

Bakı,TurkicWorld

HƏMAS və İsrail arasında əsir mübadiləsinin beşinci turu çərçivəsində İsrailin Ofer Hərbi Həbsxanasında saxlanılan 42 fələstinli məhbus azad edilərək Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndələrinə təhvil verilib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Qırmızı Xaç karvanı işğal altındakı İordan çayının qərb sahilindəki Ofer Hərbi Həbsxanasından çıxaraq Ramallaha doğru yola düşüb.

Fələstinlilər Ramallah şəhərində toplaşaraq azad olunan məhbusları qarşılayıb və məhbus mübadiləsinin beşinci turunu alqışlayıb.

Eyni zamanda, İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Beytuniya kurortuna reyd təşkil edib və məhbus mübadiləsinin ilk dörd mərhələsində olduğu kimi bu dəfə də bölgədə gərginlik yaşanıb.

HƏMAS Qəzzada biri ikili Almaniya-İsrail vətəndaşı olan üç İsrailli mülki məhbusu azad edib. Buna cavab olaraq, İsrail ümumilikdə 183 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.

Digər tərəfdən, İsrail ordusunun İordan çayının qərb sahilində evlərə basqınlar təşkil etdiyi və fələstinli məhbusların azad edilməsinin qeyd olunmasının qarşısını almaq üçün bəzi fələstinliləri nəzarətə götürdüyü bildirilir.

Seçilən
48
turkic.world

1Mənbələr