Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Briciti kişi adlandıran jurnalist Nataşa Rey Rusiyadan sığınacaq istəyir. Onun sözlərinə görə, o, yerli xüsusi xidmət orqanları tərəfindən təqib olunur, o cümlədən onun Rusiya mətbuatı ilə ünsiyyətinə mane törədilir.
“NEWS.ru” Rey ilə əlaqə saxlayıb və söhbət zamanı müdaxiləyə baxmayaraq, Makronun hakimiyyətin zirvəsinə necə yüksələ bildiyini, partiya yoldaşı Jan-Mark Borellonun bununla nə əlaqəsi olduğunu və Nataşanın niyə onu beynəlxalq pedofil şəbəkəsinin təşkilatçısı hesab etdiyini öyrənib.
“Bildiyiniz kimi, mən 2021-ci ildə araşdırma materiallarını onlayn yayımladım, Fransada bu uğurlu iş kimi qəbul edildi və mətbuatda ondan sitatlar gətirilirdi. O zaman rəsmi media bunu “saxta xəbər” adlandırmışdı. Amma mənim çoxlu əsasım var idi! Nəticədə araşdırma tam şəkildə mətbuatda dərc olundu. O vaxtdan bəri, artıq 3,5 ildir təqib olunuram”, - Rey deyib.
O qeyd edib ki, bu qalmaqal həm də azyaşlıların qaçırılması ilə bağlı böyük pedofiliya işi ilə nəticələnəcək.