AZ

Silahlılar mülki konvoya hücum etdi - 50-dən çox adam ölüb

Malinin şimal-şərqindəki Qao şəhəri yaxınlığında silahlı şəxslərin mülki konvoya və onun hərbi eskortuna hücumu nəticəsində 50-dən çox adam ölüb.

“Reuters”in yaydığı xəbərə görə, bu barədə yerli rəsmilər və sakinlər məlumat yayıb.

Hücum Qao kəndi yaxınlığında, İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan qrupların on ildən artıqdır fəaliyyət göstərdiyi bölgədə baş verib.

“İnsanlar xilas olmağa çalışaraq özlərini maşınlardan yerə atırdılar. Mülki vətəndaşlar arasında çoxlu sayda ölü və yaralı var”, - yerli sakin deyib.

Onun sözlərinə görə, 56 qurbanın cəsədi Qao xəstəxanasına çatdırılıb, hərbi itkilərin sayı isə məlum deyil.

Həmçinin qeyd edilir ki, insan ölümü ilə nəticələnən hücumlar çox tez-tez olduğundan hərbçilər demək olar hər gün konvoylar üçün eskort təşkil edir.

Seçilən
40
29
news365.az

10Mənbələr