AZ

Amazon süni intellektə 100 milyard dollar sərmayə qoyur

Amazon 2025-ci ilədə süni intellektə 100 milyard dollardan çox xərcləməyi planlaşdırdığını açıqlayıb. Şirkətin baş direktoru Andy Jassy bəyan edib ki, bu büdcənin böyük bir hissəsi Amazon Web Services (AWS) vasitəsilə süni intellekt infrastrukturuna ayrılacaq.

Amazonun investisiya qərarı texnologiya sektorunda oxşar addımlar atan digər böyük şirkətlərin strategiyalarına oxşardır.

Meta-nın Baş direktoru Mark Zukerberq uzun müddətdə süni intellekt sahəsinə yüz milyardlarla dollar sərmayə qoyacaqlarını və şirkətin 2025-ci ildə ən az 60 milyard dollar xərcləməyi planlaşdırdığını açıqlayıb.

Alphabet (Google) isə süni intellekt sərmayələri üçün kapital xərclərini 42 faiz artıraraq 75 milyard dollara çatdırıb. Microsoft 2025-ci ildə təkcə süni intellekt məlumat mərkəzləri üçün 80 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Amazon 2024-cü il üçün ümumi xərclər büdcəsi 78 milyard dollar ayırıb.

Seçilən
68
50
marja.az

10Mənbələr