Qış fasiləsində transfer çalışmalarını davam etdirən "Beşiktaş" "Barselona"nın ulduzunu istəyir.

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” “Barselona”nın gənc ulduzu Ansu Fatini heyətinə qatmaq istəyir. Super Liqa təmsilçisi 22 yaşlı ispan oyunçunu satın alma bəndi ilə icarəyə götürmək istəyir. Katalon təmsilçisində kifayət qədər vaxt tapa bilməyən Fatinin müntəzəm oynamaq şansı qazana biləcəyi klub axtarışında olduğu bildirilir. 

Qeyd edək ki, gənc futbolçu bu mövsüm "Barselona"nın heyətində 8 rəsmi oyunda iştirak edib. O, heç bir görüşdə qol vura bilməyib.