AZ

Rusiya ilə diplomatik əlaqələri bərpa etmək mümkün deyil - Kobaxidze


Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətləri bərpa etmək imkanını görmür və Moskvanın respublikanın ərazi bütövlüyünü pozduğunu iddia edir.

Bakupost.az xəbər verir ki, siyasətçi bu barədə Euronews telekanalına müsahibəsində bildirib.

“Bizim Rusiya Federasiyası ilə diplomatik əlaqələrimiz yoxdur və Abxaziyanın və Tsxinvali bölgəsinin qondarma müstəqilliyinin tanınması ilə əlaqədar diplomatik münasibətlərin bərpası imkanı yoxdur. Amma biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir”, - Kobaxidze bildirib.

Eyni zamanda, o, Gürcüstanın Rusiya ilə ticari-iqtisadi əlaqələri davam etdirdiyini qeyd edərək, ölkənin gələcəkdə də Rusiya Federasiyası ilə oxşar praqmatik münasibətləri davam etdirməyi planlaşdırdığını bildirib.

Ərazi bütövlüyü məsələsinə gəlincə, Kobaxidze qeyd edib ki, “hərbi həll tamamilə mümkün deyil”, problemin sülh yolu ilə həllinə alternativ yoxdur.

Yanvarda Kobaxidze Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la münasibətləri bərpa etməyə hazır olduğunu bildirmişdi.

Bundan əvvəl Gürcüstanın baş naziri bəyan etmişdi ki, 2025-ci ildə ölkədəki radikal qüvvələrə həlledici zərbə endirmək lazımdır.

Zaur, BakuPost

Seçilən
45
bakupost.az

1Mənbələr