İsrailin Hərbi Hava Qüvvələri Livanda Bəqaa vadisində “Hizbullah” radikal hərəkatının döyüşçülərinə zərbə endirib.
Viral.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Vadidə silah istehsalı və saxlanması üçün strateji obyekt fəaliyyət göstərirmiş.
Son Yazılar:
- İsrail Livanda “Hizbullah”ın silah anbarına zərbə endirdi
- Türkiyə və İran XİN başçıları arasında telefon danışığı OLDU
- Netanyahu atəşkəslə bağlı Qətərə nümayəndələrini yolladı
Bildirilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi pozulmasıdır.
Bundan əvvəl Baş nazir Benyamin Netanyahunun Dəftərxanası məlumat yayıb ki, İsrail qoşunlarının Livanın cənub hissəsindən çıxarılması prosesi ötən il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması ilə müəyyən olunmuş 60 günlük müddət başa çatdıqdan sonra davam etdiriləcək. Atəşkəs razılaşması Livan tərəfindən hələ tam yerinə yetirilmədiyi üçün qoşunların tədricən çıxarılması prosesi ABŞ ilə tam razılaşdırılmaqla davam edəcək.