AZ

Bakıya qar yağmağa başladı

Fevralın 8-i saat 23:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Yardımlı, Tərtər, Kəlbəcər, Laçın, Gəncə, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada arabir qar, Tovuzda yağış yağır.Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 26 m/s, Şirvanda 17 m/s-yə çatıb.Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Şuşa, Şamaxı, Qax, Lerik, Daşkəsən, Göygöldə duman müşahidə olunur. Dumanda görünüş 500- 1000 metrədək məhdudlaşıb.

Seçilən
3101
2
metbuat.az

10Mənbələr