AZ

Vuçiçin avtomobilinin təkəri hərəkət zamanı partlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobili ilə bağlı xoşagəlməz hadisə baş verib.

APA xəbər verir ki, maşında olan Vuçiç özü "TV Informer" telekanalına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, qeyri-adi heç nə baş verməyib. Bu səbəbdən hadisə ilə bağlı hay-küy salmamağa çağırıb.

“Təkər partlayıbmı yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyən etməlidirlər və müəyyən edəcəklər”, - Vuçiç vurğulayıb.

Seçilən
73
3
apa.az

4Mənbələr