Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobili ilə bağlı xoşagəlməz hadisə baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, maşında olan Vuçiç özü “TV Informer” telekanalına müsahibəsində bu barədə danışıb.
Onun sözlərinə görə, qeyri-adi heç nə baş verməyib. Bu səbəbdən hadisə ilə bağlı hay-küy salmamağa çağırıb.
“Təkər partlayıbmı yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyən etməlidirlər və müəyyən edəcəklər”, – Vuçiç vurğulayıb.