AZ

İraq və Mərakeş fələstinlilərin köçürülmə planını rədd edib

İraq və Mərakeş fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbulolunmaz hesab edirlər.

"Report"un “Hespress” portalına istinadən məlumatına görə, bunu Rabatda İraqın Baş nazirinin müavini, respublikanın xarici işlər naziri Fuad Hüseyn deyib.

“İraq və Mərakeş fələstinlilərin Qəzzadan köçürülməsi planını rədd etdikləri barədə razılığa gəliblər”, - bəyanatda bildirilir.

"Bu plan real təhlükədir, Fələstin məsələsini sadəcə qaçqın məsələsinə çevirmək riski daşıyır", - Hüseyn bildirib. Onun sözlərinə görə, plan Misir və İordaniya üçün problemlər yarada bilər.

"Bu plana qarşı çıxmaq üçün ərəb və İslam ölkələrinin vahid mövqeyinin formalaşdırılması üzərində işləmək lazımdır", - İraqlı nazir vurğulayıb.

Seçilən
71
4
report.az

10Mənbələr