AZ

"Çelsi" "Brayton"a UDUZDU

"Brayton" İngiltərə Kubokunun dördüncü raundunda evdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.

"Unikal" xəbər verir ki, qalib komandanın qollarını Jorjinyo Rutter (12-ci dəqiqə) və Kaoru Mitoma (57) vurub.

Matçın 5-ci dəqiqəsində "Brayton"un qapıçısı Bart Verbrüqgen avtoqol vurub. “Brayton”un 5-ci raunddakı rəqibi daha sonra müəyyənləşəcək.

"Çelsi" 8 dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda son 2018-ci ildə lider olub. “Brayton” 1983-cü ildə “Mançester Yunayted”ə məğlub olaraq bir dəfə turnirin finalında çıxış edib. Keçən mövsüm kuboku “Mançester Yunayted” qazanıb, “Arsenal” isə 14 dəfə titul qazanaraq ən çox kubok rekorduna sahib olub.

Seçilən
69
4
unikal.az

8Mənbələr