AZ

Dünyada ortalama ömür uzunluğu iki dəfədən çox artıb

Dünyada orta ömür uzunluğu 1900-cü ildən bəri iki dəfədən çox artıb. Bu, həyat şəraitinin yaxşılaşması, tibbi nailiyyətlər və uşaq ölümü səviyyəsinin azalması sayəsində mümkün olub.

Demokrat.az-ın məlumatına görə, bu məlumat BMT-nin Əhali Fondunun (UN WPP) hesabatında dərc edilib.

Məlumata görə, XX əsrin əvvəllərində orta ömür uzunluğu bugünkü ilə müqayisədə xeyli aşağı idi və cəmi 32 il təşkil edirdi. 2023-cü ildə bu göstərici 73 ilə qədər artıb, bu da keçmiş dövrlə müqayisədə 41 il çoxdur. Bu artım həyat səviyyəsinin yaxşılaşması, o cümlədən daha yaxşı qidalanma və səhiyyə sisteminin inkişafı nəticəsində əldə edilib.

Seçilən
7
1
demokrat.az

2Mənbələr