Bakıda evdə yanğın: 2 nəfər xilas edildi
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin girişində quraşdırılan elektrik lövhəsindəki qoruyucu açarlar və dolab 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər ev sakini xilas olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta