AZ

Modriç derbi rekordçusu oldu

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının 23-cü turunda keçirilən "Real" - "Atletiko" matçı Madrid klubunun futbolçusu Luka Modriç üçün əlamətdar olub.

QOL.az xəbər verir ki,  xorvatiyalı yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.

Modriç legionerlər arasında Madrid derbisində ən çox iştirak edən futbolçu olub. Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.

Qeyd edək ki, 39 yaşlı Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm İspaniya klubunda 35 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.

Seçilən
38
1
teleqraf.com

2Mənbələr