İtaliya A Seriyasının XXIV turu davam edir.
Apasport.az xəbər verir ki, bu turda "Atalanta" "Verona"nı 5 qolla darmadağın edib.
Cari mövsümdə “Atalanta”nın ən uğurlu hücumçusu Mateo Reteqi bu qarşılaşmada 4 qola imza atıb.
Beləliklə, Reteqi son 7 ildə A Seriyasında 4 qol vuran ilk italiyalı oldu.
Sonuncu dəfə 2018-ci ilin yanvarında "Latsio"nun SPAL-a qarşı oyununda Ciro İmmobile 4 dəfə rəqib qapısına yol tapmışdı.
Reteqi həm də cari İtaliya çempionatı mövsümündə 20 qol həddinə çatan ilk oyunçudur. O, bu nəticə ilə hazırda A Seriyasının bombardiridir.
Abubakar I Liqa yolunda
“Qalatasaray” özəl formasını təqdim etdi - FOTO
“Milan” Feliksi buraxmaq istəmir
Saliba “Real”ın əsas hədəfidir
“Vulverhempton” Kunyanın qiymətini təyin etdi