AZ

ŞOK: İrandan Azərbaycana görün necə qidalar idxal olunurmuş - FOTOLAR

Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Ajans.az AQTA-ya istinadən xəbər verir ki, uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Məhsulun adı

Məhsulun miqdarı

İstehsalçı

İdxalçı

Məhsul partiyası

Turşu lavaş

14850 kq

“Reza Ghaderi”

"Yedcon 2024" MMC

17.10.2024-17.10.2026

Ərik qurusu

4110 kq

“Hasan Mohammadloo”

"Yedcon 2024" MMC

20.09.2024-20.09.2025

Şirin çörək

(keks)

1100 kq

“Shırın Gholat Bonab”

Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu

25.09.2024-25.02.2025

Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib

Seçilən
5
1
Doktorm.az

2Mənbələr