AZ

Kim Çen In Koreya yarımadasında hərbi gərginlik istəmir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"KXDR Koreya yarımadası regionunda vəziyyətin gərginləşməsini istəmir, lakin hərbi balansı qorumaq üçün əks tədbirlər görməyə məcburdur".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreyanın dövlət işləri üzrə sədri Kim Çen In deyib.
O, fevralın 8-də Koreya Xalq Ordusunun yaradılmasının 77-ci ildönümünü qeyd etmək üçün Müdafiə Nazirliyində olub.
Kim Çen Inın sözlərinə görə, gücün üstünlüyünə hörmət edənlərlə onların dilində danışmaq lazımdır.
O qeyd edib ki, KXDR regionda lüzumsuz gərginliyin artmasını istəmir, lakin yeni müharibənin başlanmasının qarşısını almaq və Koreya yarımadasında sülh və təhlükəsizliyə zəmanət vermək istəyinə əsaslanaraq, regionda hərbi tarazlığı qorumaq üçün uzunmüddətli cavab tədbirləri görəcək.
Seçilən
49
50
oxu.az

10Mənbələr