AZ

Səudiyyə Ərəbistanından Netanyahuya CAVAB: Onlar yadplanetli deyil!

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail Baş naziri Binyamin Netanyahunun fələstinlilərin köçürülməsi və bu ölkənin ərazisində Fələstin dövlətinin yaradılması barədə bəyanatına cavab verib.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN bəyanat yayıb.

İsrail Baş nazirinin bəyanatınının qəbuledilməz olduğu bildirilib.

“Krallıq diqqəti İsrailin Qəzza zolağında fələstinli qardaşlarımıza qarşı törətdiyi davamlı cinayətlərdən, o cümlədən etnik təmizləmədən yayındırmaq məqsədi daşıyan bu cür bəyanatları qəti şəkildə rədd etdiyini bir daha bəyan edir. Qardaş Fələstin xalqının öz torpağında yaşamaq haqqı var. Onlar istənilən vaxt qovulacaq yadplanetlilər və ya köçkünlər deyillər”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli zəruri saymasına cavab olaraq Binyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yarada biləcəklərini bildirmişdi.(Publika.az)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
12
1
Demokratikmusavat.com

10Mənbələr