ABŞ prezidenti Donald Tramp 2024-cü ildə deportasiya edəcəyinə eyham vurduğu İngiltərə kralı III Çarlzın oğlu, Şahzadə Harrinin həyat yoldaşı, Susseks hersoqu Meqan Marklla kifayət qədər problemlərinin olduğunu və onu deportasiya etmək istəmədiyini bildirib.
Tramp Şahzadə Harrinin 2024-cü ildə deportasiya oluna biləcəyinə işarə edən şərhləri ilə bağlı “The New York Post”a açıqlama verib. Şahzadə Harrini deportasiya etməkdə “maraqlanmadığını” vurğulayan Tramp, “Bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Onun həyat yoldaşı (Meqan Markl) ilə kifayət qədər problemləri var. O (həyat yoldaşı) qorxulu insandır. Düşünürəm ki, yazıq Harri nəzarət altındadır”, – deyib.
Tramp 2024-cü ilin martında eyham vurmuşdu ki, “əgər yenidən prezident seçilsə, Şahzadə Harri viza sənədlərində narkotik istifadəsi ilə bağlı yalan danışdığı aşkar edilərsə, ABŞ-dan deportasiya oluna bilər”.
Digər tərəfdən, Tramp yenidən seçiləcəyi təqdirdə şahzadə Harrinin Kraliça II Yelizavetaya etdiyi bağışlanmaz xəyanətindən sonra yalnız qalacağı barədə xəbərdarlıq etmişdi.
Şahzadə Harri daha əvvəl 10 yanvar 2023-cü ildə nəşr olunan “ Spare” (Ehtiyat) adlı kitabında bəzi dərmanlardan istifadə etdiyini qeyd etmişdi.
Kitabdakı bu etirafdan sonra Amerika beyin mərkəzi “Heritage Foundation” ABŞ Daxili Təhlükəsizlik Departamentinə (DHS) qarşı məhkəmə iddiası qaldıraraq Şahzadə Harrinin immiqrasiya qeydlərinə giriş tələb etmişdi.
ABŞ-a giriş üçün bəzi viza müraciətlərində ərizə verənlərdən narkotik vasitələrdən istifadə edib-etməmələri ilə bağlı suallara cavab vermələrini tələb edilir. Narkotik istifadəçilərinin müraciətləri rədd edilə bilər.