AZ

Derbidən əvvəl 115 azarkeş həbs olundu

Braziliyanın Fortaleza şəhərində yerli komanda ilə “Seara” arasında “Clasico Rey” derbisindən əvvəl azarkeşlər arasında şiddətli qarşıdurmalar olub.

Msport.az xəbər verir ki, nəticədə sayı açıqlanmayan yaralıların olduğu və 115 nəfərin həbs edildiyi bildirilir.

Kəmər, daş və çubuqdan istifadə ilə müşayiət olunan toqquşmalar şəhərin dörd fərqli yerində, o cümlədən oyunun keçirildiyi “Kastelao” stadionunun yaxınlığında baş verib. Saxlanılanlar arasında azarkeş qrupunun rəhbəri də var.

Vəziyyəti sakitləşdirməkdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, özəl mühafizə agentliyinin 500 əməkdaşı da iştirak edib.

Qeyd edək ki, Seara ştatının çempionatı çərçivəsində keçirilən oyunda “Fortaleza” “Seara”ya 1:2 hesabı ilə məğlub olub.

Seçilən
30
1
msport.az

2Mənbələr