AZ

Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Seçilən
126
22
news365.az

10Mənbələr