Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 1:0.
Bu nəticənin ardından “Şamaxı” 20 xalla 8-ci, “Sumqayıt” isə 22 xalla 6-cıdı.
Qeyd edək ki, bu günün digər qarşılaşması “Sabah” və “Turan Tovuz” arasında olacaq.
Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Brahim Konate, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Şamaxı şəhər stadionu