AZ

Azərbaycan boksçuları Serbiyada 6 medal qazanıblar

Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar.

90deqiqe.Az ABF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.

Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.

Seçilən
118
17
90deqiqe.az

10Mənbələr