AZ

Meksikada faciəvi qəza - avtobusla yük maşını toqquşub,41 nəfər ölüb

Meksikanın Tabasko ştatında avtobusla yük maşınının toqquşması nəticəsində, ilkin məlumata görə, 41 nəfər ölüb, 8 nəfər yaralanıb.

İki sahil”in Meksika mətbuatına istinadən verdiyi məlumatına görə, Kankun şəhərindən Tabaskoya gedən avtobus Escarcega-Villahermosa yolunda yük maşını ilə toqquşub.

Avtobusun toqquşmadan sonra alov aldığını bildirən dövlət rəsmiləri qəzada, ilkin məlumata görə 41 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə yaralandığını açıqlayıb.

“Tours Acosta” avtobus şirkəti tərəfindən feysbukda paylaşılan məlumatda yük maşınının avtobusun olduğu zolağa keçdiyi iddia edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
29
ikisahil.az

1Mənbələr