Tbilisi, 9 fevral, AZƏRTAC
“Hər bir radikal qeyri-hökumət təşkilatının (QHT) arxasında radikal donor dayanır. Bunu ABŞ-ın yeni administrasiyası da təsdiqləyib”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Transparency International”ın Gürcüstan ilə bağlı dərc etdiyi məlumatları şərh edərkən deyib.
“Hər radikal QHT-nin arxasında bir radikal donor dayanır. ABŞ-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb. “Transparency İnternational” da USAID və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”, – deyə Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi