AZ

Bakıda sürücü yük yeri alovlanan "KamAz"ıyol boyu sürüb təhlükə yaratdı - VİDEO

Bakının Qaradağ rayonu ərazisində qeydə alınmış görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl axşam saatlarında “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında baş verib. Kadrdan da göründüyü kimi, “KamAZ” markalı nəqliyyat vasitəsinin yük yeri alovlanıb.

Lakin sürücü alova əhəmiyyət vermədən yük maşınını sürməyə davam edib. Nəticədə maşının yük hissəsində yaranmış qığılcımlar yola səpələnərək digər avtomobillərə təhlükə yaradıb.

Nərmin

Seçilən
31
avtosfer.az

1Mənbələr