AZ

Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batdı

Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıqaya kəndində süni sututarında batan Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
124
4
milli.az

10Mənbələr